Bazar, 25 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Böyük Britaniyada gizli sənəd ortaya çıxdı - Kraliçanın ölümündən sonra nələr yaşanacaq?

Böyük Britaniyada kraliça II Elizabetin ölümündən sonra yaşana biləcək hadisələrlə bağlı gizli raport otraya çıxıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Politico” saytı məlumat yayıb.

Saytın informasiyasına əsasən, həmin məxfi sənəd “London körpüsü əməliyyatı” adlanır. Buna görə kraliça II Elizabet dünyasını dəyişdikdən sonra geniş təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi, habelə sosial mediaya ciddi məhdudlaşdırmalar gətirilməsi planlaşdırırlır.

Plana əsasən, Krallıq ailəsinə məxsus rəsmi internet səhifəsi kraliçanın ölümünü qısa bir açıqlama ilə qara fonda yayacaq.

Böyük Britaniya hökumətinin rəsmi veb səhifələri və sosial media hesablarında da qara elanlar veriləcək. Təcili şəkildə verilməsi tələb olunan informasiyalardan başqa rəsmi icazə olmadan başqa xəbər yayılmayacaq.

Sənədlərdə kraliçanın tabutunun Birmingem sarayından Vestminster sarayına bir alayın müşayiəti ilə aparılacağı və burada 3 gün boyunca sutkada 23 saat xalqın ziyarət etməsinə şərait yaradılacağı göstərilib.

Rəsmi dəfn mərasimi isə kraliçanın ölümündən 10 gün sonra baş tutacaq və həmin tarixlərdə ölkədə matəm elan ediləcək.

Sənəddə kraliçanın ölümü haqqında məlumatın ölkənin baş nazirinə “London körpüsü dağıldı” kod adı ilə xəbər ediləcəyi vurğulanıb.

II Elizabetdən sonra taxta onun böyük oğlu Çarlzın çıxması gözlənir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı və Salyanda polis əməliyyatları - Saxlanılanlar var

Putin Kurskda əməliyyatın nəticələri haqqında məruzələri dinləyib

Maksim Medvedev: Premyer Liqada baş məşqçi olmaq istəyirəm

İsrailə 320-dən çox raket atılıb, ölkədəki 11 hərbi baza atəşə tutulub

Avqustun sonunda 4 bürcü inanılmaz sürpriz gözləyir

Tənzilə Rüstəmxanlının seçicilərlə görüşü: Neftçala üçün birlikdə... – Foto

Paşinyanın Zəngəzur dəhlizinə qarşı “layihəsi” - Areşev

Ən çox oxunanalar